Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

18 Dekabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 01-15 dekabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 134 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 23 müddətli məcburi göstəriş verilmişdir. Ümumilikdə, 43 iş üzrə 247450 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 22 iş üzrə 3996.53 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 115 iş üzrə 14418.3 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 13, icra qurumlarına 13, məhkəmələrə isə 2 iş göndərilmişdir.