Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

04 Dekabr 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ölkə ərazisində, xüsusən də Lənkəran-Astara bölgəsində yağan intensiv yağış nəticəsində bu ərazidən axan çaylarda suyun səviyyəsində 43-71 sm intervalında artım qeydə alınıb. 
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-130, Kiçik Qafqazın çaylarında 180-185, Lənkəran-Astara bölgəsi çaylarında isə 450-500 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 195 m3/s olmaqla ongünlük normanın 124 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 140 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edib. 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 80 m3/s təşkil edərək ongünlük normanın 104 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 8, Salyanda 6, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2014-cü il dekabrın 04-də 404 sm), Şirvanda 239 sm (2014-cü il dekabrın 04-də 279 sm), Salyanda 197 sm (2014-cü il il dekabrın 04-də 275 sm), Bankədə 195 sm (2014-cü il dekabrın 04-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2014-cü il dekabrın 04-də 154 sm) təşkil edir.