Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

16 Dekabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-160, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 137 m3/s, ongünlük normanın 87 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 140 m3/s və ongünlük normanın 90 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 79 m3/s təşkil etmiş və ongünlük normanın 105 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlərdə ölkə ərazisində yağan yağıntılar nəticəsində Kür çayına tökülən çaylarda sululuğun artması ilə əlaqədar Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, son iki gün ərzində Kür çayının Surra məntəqəsində 20, Şirvanda 34, Salyanda 60, Bankədə 31, Araz çayının Novruzlu məntəqəsində isə 27 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 402 sm (2012-ci il dekabrın 16-da 391 sm), Şirvanda 265 sm (2012-ci il dekabrın 16-da 268 sm ), Salyanda 220 sm (2012-ci il dekabrın 16-da 280 sm ), Bankədə 236 sm (2012-ci il dekabrın 16-da 245 sm), Araz çayının Novruzlu məntəqəsində isə 165 sm (2012-ci il dekabrın 16-da 147 sm) təşkil edir.