Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
13 Dekabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-160, Kiçik Qafqazın çaylarında 140, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 118 m3/s, ongünlük normanın 76 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 140 m3/s və ongünlük normanın 90 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 61 m3/s təşkil etmiş və ongünlük normanın 81 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda 17, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım, Bankədə isə 8 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 343 sm (2012-ci il dekabrın 13-də 395 sm), Şirvanda 194 sm (2012-ci il dekabrın 13-də 278 sm ), Salyanda 160 sm (2012-ci il dekabrın 13-də 272 sm ), Bankədə 205 sm (2012-ci il dekabrın 13-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2012-ci il dekabrın 13-də 150 sm) təşkil edir.