2011, 2012-ci illər və cari ilin 5 ayı ərzində Milli Parklara ümumilikdə 8493 vətəndaş daxil olub
18 İyun 2013, 00:00
Azərbaycan Respublikasının Milli Parklarına 2011, 2012-ci illər və cari ilin 5 ayı ərzində 8493 nəfər ziyarətçi daxil olmuşdur ki, bunlardan 965 nəfəri xarici, 7528 nəfəri isə yerli vətəndaşlardır (cədvəl).
Bu illər ərzində milli parklara daxil olmuş vətəndaşlar tərəfindən ümumilikdə 24778,5 manat məbləğində giriş haqqı ödənilmişdir. Xərclənmədən saxlanılmış bu vəsaitin milli park ərazilərində ekoturizm fəaliyyətinin təşkili, yol göstəricilərinin və biotualetlərin quraşdırılması, eyni zamanda zibil qutularının yerləşdirilməsi və daşınması məqsədilə istifadə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu illər ərzində milli parklara daxil olmuş 7528 yerli vətəndaşın 985 nəfərini imtiyazlı şəxslər təşkil etmişdir. Bildiririk ki, milli parklara dair mövcüd normativ sənədlərə əsasən, məktəbəqədər və məktəbyaşlı uşaqlar, əlillər, ölkəmizdə rəsmi səfərdə olanlar imtiyazlı şəxs hesab olunur və bu şəxslər ölkənin milli parklarına daxil olarkən müvafiq ödənişdən azad edilir.