Dekabrın 03-ü səhər saatlarında ölkə ərazisində müşahidə olunmuş güclü külək haqqında məlumat
03 Dekabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində dekabrın 03-ü səhər saatlarında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilirdi.
Dekabrın 03-ü səhər saatlarına olan məlumatlara görə küləyin sürəti Tərtərdə 28 m/s, Bərdə, Gəncə, Nabranda 20 m/s, Altıağacda 19 m/s,
Naftalanda 17 m/s, Yardımlıda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda, Sumqayıtda 22 m/s, Çilov adasında 24 m/s, Neft Daşları və Pirallahıda 20 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatmışdır. Dekabrın 03-ü axşamdan 04-ü səhərədək güclü şimal-qərb küləyinin davam edəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir. Havanın minimal temperaturu dekabrın 03-dən 04-nə keçən gecə 0-2 dərəcə isti təşkil edəcək.