Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
02 Dekabr 2013, 00:00
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 100-150, Lənkəran-Astara bölgəsi çaylarında 40-50, Naxçıvan MR aylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekarın 02-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 137 m3/s, ongünlük normanın 87 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bir qədər çox olmaqla 160 m3/s və ongünlük normanın 102 faizini təşkil etmişdir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 74 m3/s olmaqla, ongünlük normanın 96 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 69 m3/s təşkil etmiş və ongünlük normanın 90 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 02-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 10, Bankədə 13, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma qeydə alınmış, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2012-ci il dekabrın 02-də 428 sm), Şirvanda 153 sm (2012-ci il dekabrın 02-də 321 sm ), Salyanda 115 sm (2012-ci il dekabrın 02-də 285 sm ), Bankədə 185 sm (2012-ci il dekabrın 02-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2012-ci il dekabrın
02-də 190 sm) təşkil edir.