Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov dekabr ayının 13-də Yevlax şəhərində vətəndaşların qəbulunu keçirəcək
02 Dekabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 13 dekabr 2013-cü il tarixində saat 11:00-da Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Yevlax şəhəri Nizami prospekti-61) Yevlax, Ucar, Kürdəmir, Ağdaş, Göyçay, Şamaxı, Qobustan və Ağsu rayonlarında, həmçinin, Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Yevlax şəhəri Nizami prospekti-11, əlaqə telefonları: 050 394 51 60; 070 394 51 60; 070 220 57 08; 022 336 24 88) xahiş olunur.