Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
18 Yanvar 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 40-160, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 130 m3/s, ongünlük normanın 81 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 136 m3/s və ongünlük normanın 85 faizini təşkil etmişdir.
Yanvarın 18-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 62 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 59 m3/s təşkil etmiş və ongünlük normanın 88 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlərdə ölkə ərazisində temperatur rejiminin nisbətən yüksəlməsi və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi ilə əlaqədar Kür çayına tökülən çaylarda sululuğun artımı nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınmışdır.
Belə ki, yanvarın 16-dan başlayaraq Kür çayının Surra məntəqəsində 55 sm, Şirvanda 54 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində 50 sm artım müşahidə olunmuş, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 450 sm (2012-ci il yanvarın 18-də 546 sm), Şirvanda 327 sm (2012-ci il yanvarın 18-də 445 sm ), Salyanda 270 sm (2012-ci il yanvarın 18-də 412 sm), Bankədə 243 sm (2012-ci il yanvarın 18-də 306 sm), Araz çayının Novruzlu məntəqəsində isə 195 sm (2012-ci il yanvarın 18-də 285 sm) təşkil edir.