Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
11 Yanvar 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 30-150, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 134 m3/s və ongünlük normanın 84 faizini təşkil etmişdir.
Yanvarın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə eyni olub 68 m3/s təşkil etmiş və ongünlük normanın 101 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən atım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 8 sm, Salyanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 1 sm, Bankədə isə 8 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 385 sm (2012-ci il yanvarın 11-də 553 sm), Şirvanda 252 sm (2012-ci il yanvarın 11-də 449 sm ), Salyanda 314 sm (2012-ci il yanvarın 11-də 405 sm), Bankədə 237 sm (2012-ci il yanvarın 11-də 306 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2012-ci il yanvarın 11-də 270 sm) təşkil edir.