Xəbərlər

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən informasiya azadlığı üzrə məsul şəxs təyin edilmişdir

30 Oktyabr 2012, 00:00

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1- “İnformasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə
ictimaiyyətin məlumatlandırılması”na dair müvafiq bəndinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyində informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilmişdir.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən informasiya azadlığı üzrə məsul şəxs kimi Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova təyin edilmişdir.