Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 Noyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 90-140, Lənkəran-Astara bölgəsinin çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 73 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici bir qədər çox olmaqla 152 m3/s və ongünlük normanın 82 faizini təşkil etmişdir.
Noyabrın 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 71 m3/s təşkil etmiş və ongünlük normanın 88 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət Noyabrın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8 sm, Bankədə 10 sm azalma qeydə alınmış, Surrada, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2012-ci il noyabrın 29-da 423 sm), Şirvanda 158 sm (2012-ci il noyabrın 29-da 324 sm), Salyanda 135 sm (2012-ci il noyabrın 29-da 310 sm), Bankədə 193 sm (2012-ci il noyabrın 29-da 247 sm), Araz çayının Novruzlu məntəqəsində isə 84 sm (2012-ci il noyabrın 29-da 190 sm) təşkil edir.