Xəbərlər

Respublika ərazisində “Təmiz hava” aylığı tədbirləri həyata keçirilmişdir

11 Oktyabr 2012, 00:00

Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar avtonəqliyyat vasitələri ilə atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə təsdiq olunmuş birgə tədbirlər planına uyğun olaraq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələri, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yerli qurumları ilə birlikdə hər il olduğu kimi 2012-ci ilin avqust ayında da Respublika ərazisində “Təmiz hava” aylığı tədbirləri həyata keçirmişdir.
Tədbirin keçirilməsinin məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olmuşdur.
“Təmiz hava” aylığı çərçivəsində ETSN-nin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı şəhərində “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə 28 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlamalar aparmışlar. Yoxlamaya cəlb olunmuş 581 avtomobildən 18-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunmuş və bu müəssisələrə ödəmə təqdim olunmuşdur.
Şəhərin küçələrində və magistral yollarda keçirilən reydlər zamanı isə baxış keçirilmiş 2623 avtomobildən 101-də atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülmüşdür.
Lənkəran, Astara, Masallı, Lerik və Cəlilabad rayonlarının mərkəzi küçələrində, magistral yollarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 617 avtomobildən 319-da atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə Yol Polis İdarəsinin əməkdaşları sürücülər barəsində inzibati qaydada tədbir görmüşlər.
Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının mərkəzi küçələrində, magistral yollarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 518 avtomobildən 88-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə bu nəqliyyat vasitələrinin sürücülərinə qarşı protokol tərtib olunaraq inzibati qaydada tədbir görülmüşdür.
Şirvan, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarının mərkəzi küçələrində, magistral yollarda keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 217 avtomobildən 118-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunmuşlar.
Sumqayıt şəhərində 8 avtonəqliyyat təsərrüfatının balansında olan 350 ədəd avtomobildən 49-u yoxlamadan keçirilmiş və yoxlanılan avtomobillərin 2-də dəm qazı norma səviyyəsindən artıq olmuşdur. Şəhərin küçə və magistral yollarında keçirilən reydlər zamanı isə yoxlamaya cəlb olunmuş 150 avtomobildən 142-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə sürücülərə qarşı inzibati qaydada tədbir görülmüşdür.
Quba, Qusar və Xaçmaz rayonlarında fərdi qaydada yoxlamaya cəlb olunmuş 380 avtomobildən 105-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə YPX-nin əməkdaşları tərəfindən sürücülərə qarşı inzibati tədbir görülmüşdür.
Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarında fərdi qaydada yoxlamaya cəlb olunmuş 367 avtomobildən 218-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə qanunamüvafiq qaydada tədbirlər görülmüşdür.
İmişli, Saatlı, Beyləqan və Ağcabədi rayonlarının mərkəzi küçələrində, magistral yollarda reydlər keçirilmişdir. Reydlər zamanı yoxlanılan avtomobillərdən 581-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə YPX-nin əməkdaşları tərəfindən sürücülər barəsində inzibati qaydada tədbirlər görülmüşdür.
Mingəçevir şəhərində keçirilmiş reydlər zamanı yoxlanılan 4 müəssisədə yoxlamaya cəlb olunmuş 41 avtomobildən 18-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğu üçün həmin müəssisələrə qarşı iddia qaldırılmışdır. Fərdi qaydada yoxlamaya cəlb olunmuş 177 avtomobildən 93-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə YPX-nin əməkdaşları tərəfindən sürücülər barəsində inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilmişdir.
Zaqatala, Balakən, Qax, Şəki rayonlarının mərkəzi küçələrində, magistral yollarda reydlər zamanı yoxlamaya cəlb olunmuş 1628 avtomobildən 400-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə təqsirkar sürücülər inzibati məsuliyyətə cəlb olunmuşlar.
Gəncə şəhərinin magistral yollarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 251 avtomobildən 72-nin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olması müəyyən edilmiş və sürücülər polis işçiləri tərəfindən inzibati qaydada cərimə olunmuşlar.
İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində keçirilmiş reydlər zamanı 404 avtomobildən 254-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilmiş və avtomobillərin sürücüləri inzibati qaydada cərimə olunmuşlar.
Yevlax, Bərdə, Tərtər və Ağdaş rayonlarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 787 avtomobildən 242-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə təqsirkar sürücülər inzibati məsuliyyətə cəlb olunmuşlar.
Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarında keçirilmiş reydlər zamanı yoxlanılan 160 avtomobildən 68-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə YPX-nin əməkdaşları tərəfindən sürücülər barəsində inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilmişdir.
Aparılan araşdırmaların nəticəsi bir daha göstərmişdir ki, bəzi avtonəqliyyat müəssisələrinin rəhbərlərinin və şəxsi avtomobillərin sürücülərinin laqeyd münasibətləri nəticəsində atmosfer havasının avtomobillərin tüstü qazlarının tərkibindəki zərərli maddələrlə çirklənməsi hallarına yol verilir.
Magistral yollarda keçirilən reydlər zamanı, ümumilikdə fərdi qaydada yoxlanılan 8860 avtomobildən atmosfer havasını müəyyən olunmuş normadan artıq çirkləndirən 2701 avtomobilin sürücüsünün inzibati qaydada cərimə olunması üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilmişdir.
“Təmiz hava” aylığı tədbirlərinin keçirilməsi ilə əlaqədar vətəndaşlar, fiziki və hüquqi şəxslər maarifləndirilmiş, müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılmışdır.