Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
05 Oktyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 15-45, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 92 m3/s, ongünlük normanın 57 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm iki dəfə çox olmaqla 187 m3/s və ongünlük normanın 115 faizini təşkil etmişdir.
Oktyabrın 05-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 47 m3/s olmaqla, ongünlük normanın 49 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 78 m3/s təşkil etmiş və ongünlük normanın 82 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 2 sm, Şirvanda 8 sm, Salyanda 23 sm, Bankədə 12 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 35 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 306 sm (2011-ci il oktyabrın 05-də 487 sm), Şirvanda 179 sm (2011-ci il oktyabrın 05-də 388 sm ), Salyanda 175 sm (2011-ci il oktyabrın 05-də 396 sm), Bankədə 199 sm (2011-ci il oktyabrın 05-də 277 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2011-ci il oktyabrın 05-də 230 sm) təşkil edir.