Xocavənd rayonunun işğalından 20 il keçir
02 Oktyabr 2012, 00:00
Sahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Rayonun işğalından 20 il keçir.
Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.
Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 yaşlı Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.
Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.
Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınmış, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilmişdir.
Rayonun Kurapatkin adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fısdıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilmişdir.