Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

01 Oktyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 25-55, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 92 m3/s, ongünlük normanın 57 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 136 m3/s və ongünlük normanın 84 faizini təşkil etmişdir.
Oktyabrın 01-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 77 m3/s təşkil etmiş və ongünlük normanın 81 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 5 sm, Şirvanda 20 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm artım, Salyanda 5 sm, Bankədə isə suyun səviyyəsində 1 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 sm (2011-ci il oktyabrın 01-də 437 sm), Şirvanda 205 sm (2011-ci il oktyabrın 01-də 307 sm ), Salyanda 170 sm (2011-ci il oktyabrın 01-də 320 sm), Bankədə 202 sm (2011-ci il oktyabrın 01-də 267 sm), Araz çayının Novruzlu məntəqəsində isə 170 sm (2011-ci il oktyabrın 01-də 180 sm) təşkil edir.