Xəbərlər

“Xəzər həftəsi” ilə əlaqədar Şıx çimərliyinin sahil zolağında iməcilik keçirilib

29 Sentyabr 2012, 00:00

“Beynəlxalq Dəniz Günü” ərəfəsində ölkəmizdə “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq 29 sentyabr 2012-ci il tarixində Şıx çimərliyinin sahil zolağında iməcilik təşkil olunub.
İməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə bələdiyyə, ictimaiyyət nümayəndələri də iştirak edib və Şıx çimərliyinin sahil zolağında 10 hektar ərazi 10 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.
Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilmiş bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlmişdir.