Xəbərlər

“Xəzər həftəsi” ilə əlaqədar 281 saylı orta məktəbdə tədbir keçirilib

28 Sentyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il olduğu kimi bu il də “Xəzər həftəsi”nin yüksək səviyyədə qeyd olunması məqsədilə xüsusi tədbirlər planı hazırlanaraq ardıcıllıqla həyata keçirilir.
Belə ki, 28 sentyabr 2012-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsinin 281 saylı orta məktəbində “Xəzər həftəsi” ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Nazirliyin mütəxəssisləri “Beynəlxalq Dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər barədə şagirdlərə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.
Tədbirin sonunda məktəbə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı təbliğat xarakterli video çarxlar təqdim olunmuşdur.
Qeyd edək ki, “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə təşkil olunmuş tədbirlər, o cümlədən Respublikanın Xəzərsahili (Nabran, Sumqayıt, Neftçala, Lənkəran) şəhər və rayonlarının orta təhsil müəssisələrində də keçirilir.