Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

28 Sentyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 70 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 92 m3/s, ongünlük normanın 66 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 153 m3/s və ongünlük normanın 110 faizini təşkil etmişdir.
Sentyabrın 28-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 84 m3/s təşkil etmiş və ongünlük normanın 87 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 24-dən başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 69 sm, Şirvanda 70 sm, Salyanda 35 sm, Bankədə 30 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 10 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 305 sm (2011-ci il sentyabrın 28-də 416 sm), Şirvanda 189 sm (2011-ci il sentyabrın 28-də 301 sm ), Salyanda 195 sm (2011-ci il sentyabrın 28-də 338 sm), Bankədə 213 sm (2011-ci il sentyabrın 28-də 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2011-ci il sentyabrın 28-də 160 sm) təşkil edir.