Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

17 Sentyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan MR çaylarında isə 80-85 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 84 m3/s, ongünlük normanın 60 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 93 m3/s və ongünlük normanın 67 faizini təşkil etmişdir.
Sentyabrın 14-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 155 m3/s olmaqla, ongünlük normanın 171 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 101 m3/s təşkil etmiş və ongünlük normanın 112 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 34 sm, Şirvanda 19 sm, Bankədə 5 sm, Araz çayının Novruzlu məntəqəsində 60 sm azalma, Salyanda isə suyun səviyyəsində 5 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 403 sm (2011-ci il sentyabrın 17-də 419 sm), Şirvanda 300 sm (2011-ci il sentyabrın 17-də 313 sm ), Salyanda 240 sm (2011-ci il sentyabrın 17-də 330 sm), Bankədə 232 sm (2011-ci il sentyabrın 17-də 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2011-ci il sentyabrın 17-də 166 sm) təşkil edir.