Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

14 Sentyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-180, Kiçik Qafqazın çaylarında 70-160, Lənkəran-Astara bölgəsi çaylarında 60-160, Naxçıvan MR çaylarında isə 80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 10-dan başlayaraq Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 71 m3/s, ongünlük normanın 51 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 90 m3/s və ongünlük normanın 65 faizini təşkil etmişdir.
Sentyabrın 12-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 22 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 182 m3/s olmaqla, ongünlük normanın 201 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 112 m3/s təşkil etmiş və ongünlük normanın 124 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Kür çayına axan çaylarda sululuğun artması ilə əlaqədar son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 79 sm, Şirvanda 122 sm, Salyanda 57 sm, Bankədə 12 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 35 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 439 sm (2011-ci il sentyabrın 14-də 425 sm), Şirvanda 309 sm (2011-ci il sentyabrın 14-də 327 sm ), Salyanda 200 sm (2011-ci il sentyabrın 14-də 351 sm), Bankədə 223 sm (2011-ci il sentyabrın 14-də 258 sm), Araz çayının Novruzlu məntəqəsində isə 170 sm (2011-ci il sentyabrın 14-də 160 sm) təşkil edir.