Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
07 Sentyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 15-31 avqust tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 129 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 39 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 22 iş üzrə 1738632 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 1198.54 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 128 iş üzrə 26413.08 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qurumlarına isə 14 iş göndərilmişdir.