Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
03 Sentyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə sentyabrın 02-i gündüzdən 03-ü səhərədək yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqaz və Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində kəskin artım müşahidə olunmuşdur. Sentyabrın 02-də saat 12:45-16:00 radələrində Şəki rayonunun ərazisindən axan
Kişçaydan qısamüddətli daşqın və sel keçmişdir. Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 114 sm, Lənkərançay-Sifidorda 58 sm, Vəşərüçay-Daştatükdə 64, Viləşçay-Şıxlarda 72 sm artım qeydə alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-135, Kiçik Qafqazın çaylarında 70-150, Naxçıvan MR çaylarında isə 55, ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur, 850-1450 faiz təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 01-dən başlayaraq Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 19 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 122 m3/s, ongünlük normanın 100 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 119 m3/s və ongünlük normanın 98 faizini təşkil etmişdir.
Yağan leysan yağışlarla əlaqədar sentyabrın 03-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 168 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 310 m3/s olmaqla, ongünlük normanın 425 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 183 m3/s təşkil etmiş və ongünlük normanın 251 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 4 sm, Şirvanda 1 sm, Salyanda 2 sm, Bankədə 8 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 330 sm (2011-ci il sentyabrın 03-də 488 sm), Şirvanda 202 sm (2011-ci il sentyabrın 03-də 412 sm ), Salyanda 158 sm (2011-ci il sentyabrın 03-də 433 sm), Bankədə 235 sm (2011-ci il sentyabrın 03-də 289 sm), Araz çayının Novruzlu məntəqəsində isə 135 sm (2011-ci il sentyabrın 03-də 226 sm) təşkil edir.