Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 Avqust 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-130, Kiçik Qafqazın çaylarında 100-160, Lənkəran-Astara bölgəsi çaylarında 180-240, Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma qeydə alınmışdır. Lakin avqustun 27-də suyun səviyyəsi 12 sm artmışdır. Hazırda məntəqədə su sərfi 85 m3/s, ongünlük normanın 70 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 115 m3/s və ongünlük normanın 94 faizini təşkil etmişdir.
Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 17 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 74 m3/s olmaqla, ongünlük normanın 108 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə dörd dəfə çox olmaqla 325 m3/s təşkil etmiş və ongünlük normanın 474 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 14 sm, Şirvan və Bankədə 7 sm azalma, Araz çayının Novruzlu məntəqəsində avqustun 27-də 2 sm artım qeydə alınmışdır. Salyanda isə suyun səviyyəsində dəyişiklik baş verməmişdir.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2011-ci il avqustun 27-də 505 sm), Şirvanda 200 sm (2011-ci il avqustun 27-də 410 sm ), Salyanda 148 sm (2011-ci il avqustun 27-də 406 sm), Bankədə 202 sm (2011-ci il avqustun 27-də 289 sm), Araz çayının Novruzlu məntəqəsində isə 112 sm (2011-ci il avqustun 27-də 220 sm) təşkil edir.