Yanğın hadisəsi baş verib
16 Avqust 2012, 00:00
16 avqust 2012-ci il tarixində saat 12:30 radələrində İsmayıllı rayonunun Tircan kəndi yaxınlığındakı İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin 2 saylı meşə dolayında yanğın hadisəsi baş verib. 1.5 hektar kol-kos, quru ot və seyrək ağaclar olan ərazini əhatə edən yanğının söndürülməsinə İsmayıllı, Qəbələ, Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilmişdir.
İlkin ehtimala görə yanğına səbəb meşəyə böyürtkən yığmağa gələn yerli sakinlərin odla ehtiyatsız davranmaları olmuşdur.
Hazırda yanğının söndürülməsi və digər meşə dolaylarının ərazisinə keçməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
Son aylar Respublikamızın ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini meşələrdə və meşə ətrafı ərazilərdə olarkən odla ehtiyatlı olmağa çağırır.