Araşdırma zamanı çətənə bitkisi aşkar olunub
14 Avqust 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən 13 avqust 2012-ci il tarixində aparılmış araşdırma zamanı qoruğun Gərəkli sahəsinin 04 saylı dolayında naməlum şəxslər tərəfindən qanunsuz olaraq kol-kosdan təmizlənmiş 0.03 hektar sahədə tərkibində narkotik maddələr olan çətənə bitkisinin əkilib becərilməsi və aqrotexniki qulluq edilməsi faktı aşkar olunub.
Müəyyən olunmuş faktla bağlı Balakən rayon polis şöbəsinə məlumat verilmiş və hazırda polis şöbəsində araşdırılma aparılır.
Müəyyən olunmuş faktla bağlı Balakən rayon polis şöbəsinə məlumat verilmiş və hazırda polis şöbəsində araşdırılma aparılır.