Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

13 Avqust 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-115, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə 99 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində azalma qeydə alınmışdır. Lakin avqustun 13-də suyun səviyyəsində 6 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 85 m3/s, ongünlük normanın 63 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 97 m3/s və ongünlük normanın 72 faizini təşkil etmişdir.
Avqustun 10-dan başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə çox olmaqla 102 m3/s təşkil etmiş və ongünlük normanın 152 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 1 sm, Bankədə 3 sm, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma, lakin Surrada isə 1 sm artım qeydə alınmışdır. Salyanda suyun səviyyəsində dəyişiklik baş verməmişdir.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 334 sm (2011-ci il avqustun 13-də 415 sm), Şirvanda 196 sm (2011-ci il avqustun 13-də 292 sm ), Salyanda 158 sm (2011-ci il avqustun 13-də 290 sm), Bankədə 214 sm (2011-ci il avqustun 13-də 240 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2011-ci il avqustun 13-də 158 sm) təşkil edir.