Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
09 Avqust 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 15-31 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 135 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 54 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 29 iş üzrə 73600 manat məbləğində cərimə tətbiq olunmuş, ətraf mühitə dəymiş ziyana görə 27 iş üzrə 382020.27 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 163 iş üzrə 38602.63 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 7, məhkəməyə 1, icra qurumlarına isə 20 iş göndərilmişdir.