“Su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
31 İyul 2012, 00:00
2012-ci il 31 iyul tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada Ekologiya və təbii sərvətlər və Fövqəladə hallar nazirliklərinin, Dövlət Neft Şirkətinin, “Azərsu”ASC-nin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, həmçinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları tərəfindən son illərdə su ehtiyatlarından səmərəli istifadə, əhalinin içməli su ilə təminatı, tullantı və lay sularının idarə olunması, su ehtiyatlarının tullantılardan mühafizəsi istiqamətində görülmüş işlər barədə məlumatlar verilmiş və bu sahədə qarşıda duran məsələlər barədə müzakirələr aparılmışdır. Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşdığını nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsinin zəruriliyi qeyd olunmuşdur.
Ölkə əhalisinin təhlükəsiz içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə iri miqyaslı layihələrin icra edildiyi, eyni zamanda, mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, yeni kanalizasiya şəbəkələrinin çəkilməsi, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə tədbirlərin həyata keçirildiyi barədə görüşdə ətraflı məlumat verilmişdir.
Bu gün ölkə miqyasında hələ ki, ekoloji problem kimi aktual olan təsərrüfat-məişət tullantı və lay sularının idarə olunması, yaşayış məntəqələrinin kanalizasiya şəbəkəsi ilə tam təmin olunması, çirkab sutəmizləyici qurğuların quraşdırılması, su ehtiyatlarından səmərəli istifadə sahəsində çatışmazlıqların mövcudluğu vurğulanmışdır.
Həmçinin tədbirdə, Milli su siyasəti dialoqu, inteqrasiya edilmiş su resurslarının idarə olunması, su ehtiyatlarının çirklənməsinin monitorinqi istiqamətində həyata keçirilmiş tədbirlər müzakirə mövzusu olmuşdur.
Dəyirmi masada su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi qeyd olunmuş, dövlət orqanları ilə yanaşı qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.