Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
30 İyul 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son günlərdə hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar əksər dağ çaylarında sululuğun azalması müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara bölgəsi çaylarında 65-195, Naxçıvan MR çaylarında isə 100-105 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 27-dən başlayaraq Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma qeydə alınmışdır. Lakin iyulun 30-da suyun səviyyəsində 3 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 60 m3/s, ongünlük normanın 39 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm iki dəfə çox olmaqla 155 m3/s və ongünlük normanın 101 faizini təşkil etmişdir.
Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla, ongünlük normanın 108 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 56 m3/s təşkil etmiş və ongünlük normanın 64 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 27-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, iyulun 30-da Kür çayının Surra və Şirvan məntəqələrində suyun səviyyəsi 12 sm, Salyanda 15 sm, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Bankədə isə 7 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 353 sm (2011-ci il iyulun 30-da 432 sm), Şirvanda 225 sm (2011-ci il iyulun 30-da 307 sm ), Salyanda 185 sm (2011-ci il iyulun 30-da 301 sm), Bankədə 230 sm (2011-ci il iyulun 30-da 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2011-ci il iyulun 30-da 149 sm) təşkil edir.