Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 İyul 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son günlərdə hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar əksər dağ çaylarında sululuğun azalması müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 95-125, Lənkəran-Astara bölgəsi çaylarında 65-195, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son iki gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 77 m3/s, ongünlük normanın 50 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm iki dəfə çox olmaqla 193 m3/s və ongünlük normanın 126 faizini təşkil etmişdir.
İyulun 26-27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 118 m3/s olmaqla, ongünlük normanın 134 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 57 m3/s təşkil etmiş və ongünlük normanın 65 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə edilir. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 10 sm, Şirvanda 5 sm, Bankə və Araz çayının Novruzlu məntəqəsində isə 12 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370 sm (2011-ci il iyulun 27-də 431 sm), Şirvanda 247 sm (2011-ci il iyulun 27-də 312 sm ), Salyanda 200 sm (2011-ci il iyulun 27-də 303 sm), Bankədə 235 sm (2011-ci il iyulun 27-də 246 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2011-ci il iyulun 27-də 146 sm) təşkil edir.