Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
25 İyul 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son günlərdə hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar əksər dağ çaylarında sululuğun azalması müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95-105, Kiçik Qafqazın çaylarında 95-125, Lənkəran-Astara bölgəsi çaylarında 70-140, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 90 m3/s, ongünlük normanın 59 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 137 m3/s və ongünlük normanın 90 faizini təşkil etmişdir.
İyulun 25-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 134 m3/s olmaqla, ongünlük normanın 152 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 59 m3/s təşkil etmiş və ongünlük normanın 67 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 25-dən başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə edilir. Belə ki, Kür çayının Surra mənbtəqəsində suyun səviyyəsi 1 sm, Şirvanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm artım, Salyanda 4 sm, Bankədə isə 8 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 386 sm (2011-ci il iyulun 25-də 431 sm), Şirvanda 261 sm (2011-ci il iyulun 25-də 314 sm ), Salyanda 204 sm (2011-ci il iyulun 25-də 305 sm), Bankədə 223 sm (2011-ci il iyulun 25-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2011-ci il iyulun 25-də 148 sm) təşkil edir.