Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

23 İyul 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyulun 21-dən başlayaraq hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar əksər dağ çaylarında sululuğun azalması müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95-110, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında 80-190, Naxçıvan MR çaylarında isə 90-95 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 26 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 105 m3/s, ongünlük normanın 69 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 114 m3/s və ongünlük normanın 75 faizini təşkil etmişdir.
İyulun 23-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla, ongünlük normanın 185 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 61 m3/s təşkil etmiş və ongünlük normanın 69 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 21-dən başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə edilir. Belə ki, Kür çayının Surra mənbtəqəsində suyun səviyyəsi 6 sm, Şirvanda suyun səviyyəsi 19 sm, Salyanda 15 sm, Bankədə 20 sm, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 388 sm (2011-ci il iyulun 23-də 431 sm), Şirvanda 265 sm (2011-ci il iyulun 23-də 314 sm ), Salyanda 223 sm (2011-ci il iyulun 23-də 305 sm), Bankədə 227 sm (2011-ci il iyulun 23-də 250sm), Araz çayının Novruzlu məntəqəsində isə 123 sm (2011-ci il iyulun 23-də 151 sm) təşkil edir.