Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
20 İyul 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyulun 19-u gün ərzində və 19-dan 20-nə keçən gecə ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində Şamaxı rayonu ərazisindən axan Pirsaatçayda suyun səviyyəsi kəskin artmışdır.
Naxçıvançayda səviyyə 5 sm, Lənkərançayda 11 sm, Viləşçayda isə 25 sm artım qeydə alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 75-105, Kiçik Qafqazın çaylarında 80-110, Lənkəran-Astara bölgəsi çaylarında 90-150, Naxçıvan MR çaylarında isə 108 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 30 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 160 m3/s, ongünlük normanın 143 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 155 m3/s və ongünlük normanın 138 faizini təşkil etmişdir.
İyulun 20-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 48 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 194 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 67 m3/s təşkil etmiş və ongünlük normanın 32 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə edilir. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində suyun səviyyəsi 10 sm azalmış, Salyanda səviyyə dəyişməmiş, lakin Bankədə 10 sm artmış, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 399 sm (2011-ci il iyulun 20-də 434 sm), Şirvanda 284 sm (2011-ci il iyulun 20-də 313 sm ), Salyanda 238 sm (2011-ci il iyulun 20-də 313 sm), Bankədə 247 sm (2011-ci il iyulun 20-də 251sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2011-ci il iyulun 20-də 154 sm) təşkil edir.