Xəbərlər

22 iyul Milli Mətbuat günü ilə əlaqədar jurnalistlər arasında “Ekoloji mövzuda yazılmış ən yaxşı məqalələr və telesüjetlər” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub

19 İyul 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22 iyul Milli Mətbuat günü ilə əlaqədar jurnalistlər arasında elan etdiyi “Ekoloji mövzuda yazılmış ən yaxşı məqalələr və telesüjetlər” müsabiqəsinin qalibləri 19 iyul 2012-ci il tarixdə mükafatlandırılıb.
Qeyd edək ki, 15 may 2012-ci il tarixdə elan olunmuş müsabiqəyə 02 iyul 2012-ci il tarixədək ümumilikdə 55 məqalə və telesüjet təqdim olunub.
Təqdim edilmiş materiallar müsabiqə ilə əlaqədar yaradılmış komissiya tərəfindən şifrələnib və müstəqil ekspertlərin qiymətləndirməsindən sonra müvafiq istiqamətlər üzrə qaliblər müəyyənləşdirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, biomüxtəlifliyin mühafizəsi, təbiətdən davamlı istifadənin təmin olunması və təbliğ edilməsindən ibarətdir.
Ekoloji təhlükəsizliyin təminatı, “Yaşıl” texnologiyanın tətbiqi, Meşələrin artırılması və mühafizəsi və Biomüxtəliflik olmaqla 4 istiqamət üzrə I, II, III yerlərin qalibləri təltif edilib, “İl ərzində ekoloji təbliğat sahəsində ardıcıl fəaliyyətə görə” nominasiyası üzrə diplomlar verilib, həmçinin həvəsləndirici mükafatlar və əlavə olaraq daha 10 nəfərə Ekologiya və Təbii Sərvətlər Naziri adından mükafatlar təqdim olunub.