Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
13 İyul 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara bölgəsi çaylarında 130-260, Naxçıvan MR çaylarında isə 105-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 30 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 195 m3/s, ongünlük normanın 94 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 155 m3/s və ongünlük normanın 75 faizini təşkil etmişdir.
Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 23 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 134 m3/s olmaqla, ongünlük normanın 120 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 94 m3/s təşkil etmiş və ongünlük normanın 84 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə edilir. Belə ki, iyulun 09-dan başlayaraq Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 65 sm, iyulun 11-dən başlayaraq Şirvanda 42 sm, Salyanda 35 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 447 sm (2011-ci il iyulun 13-də 447 sm), Şirvanda 326 sm (2011-ci il iyulun 13-də 329 sm ), Salyanda 258 sm (2011-ci il iyulun 13-də 317 sm), Bankədə 2343 sm (2011-ci il iyulun 13-də 261sm), Araz çayının Novruzlu məntəqəsində isə 160 sm (2011-ci il iyulun 13-də 185 sm) təşkil edir.