Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

03 İyul 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyulun 03-də Kiçik Qafqazın Gəncəçay çayında suyun səviyyəsində 10 sm, Kürəkçayda 8 sm, Böyük Qafqazın Qusarçay çayında 2 sm, Qudiyalçayda 1 sm, Vəlvələçayda 22 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda is 4 sm azalma müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-85, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara bölgəsi çaylarında 140-280, Naxçıvan MR çaylarında isə 85 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 134 m3/s olmaqla, ongünlük normanın 45 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 222 m3/s və ongünlük normanın 74 faizini təşkil etmişdir.
İyulun 03-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 182 m3/s olmaqla, ongünlük normanın 125 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 129 m3/s təşkil etmiş və ongünlük normanın 88 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Kür çayına axan çaylarda sululuğun artması ilə əlaqədar Kürün aşağı axınında son beş gün ərzində suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, iyunun 29-dan başlayaraq Surra məntəqəsində suyun səviyyəsində 108 sm, Şirvanda 101 sm, Bankədə 26 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 89 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 478 sm (2011-ci il iyulun 03-də 481 sm), Şirvanda 333 sm (2011-ci il iyulun 03-də 375 sm), Salyanda 200 sm (2011-ci il iyulun 03-də 400 sm), Bankədə 249 sm (2011-ci il iyulun 03-də 281 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2011-ci il iyulun 03-də 225 sm) təşkil edir.