Xəbərlər

İyul ayına olan hava proqnozu

02 İyul 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir. Yağıntıların Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının əksər rayonlarda normaya yaxın, bəzi rayonlarında isə iqlim normasından bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 21-26, gündüzlər 30-35 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 37-40 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 17-22, gündüzlər 31-36 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 38-42 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-16 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 12-17, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 31-36 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 36-73 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 18-23, gündüzlər 29-34 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 37-41 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Orta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 15-20, gündüzlər 27-32 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 34-38 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-118 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında


Orta aylıq temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 20-25, gündüzlər 31-36 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 39-42 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 3-22 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında

Orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 19-24, gündüzlər 28-33 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 36-39 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.