Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

25 İyun 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 55-125, Kiçik Qafqazın çaylarında 55-85, Lənkəran-Astara bölgəsi çaylarında 75-125, Naxçıvan MR-sı çaylarında isə sululuq ongünlük normanın 45-50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla, ongünlük normanın 40 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm 2 dəfə çox olmaqla 380 m3/s və ongünlük normanın 94 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində isə son günlərdə suyun səviyyəsində dəyişiklik baş verməmiş, lakin iyunun 24-də suyun səviyyəsində 4 sm artım, 25-də isə yenidən azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 106 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu illə müqayisədə 2 dəfə yüksək olmaqla 251 m3/s təşkil etmiş və ongünlük normanın 151 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Kür çayının aşağı axınında son günlərdə suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381 sm (2011-ci il iyunun 25-də 630 sm), Şirvanda 243 sm (2011-ci il iyunun 25-də 537 sm ), Salyanda 203 sm (2011-ci il iyunun 25-də 533 sm ), Bankədə 225 sm (2011-ci il iyunun 25-də 335 sm), Araz çayının Novruzlu məntəqəsində isə 109 sm (2011-ci il iyunun 25-də 360 sm) təşkil edir.