Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

11 İyun 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 70-75, Kiçik Qafqazın çaylarında 60-90, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 232 m3/s olmaqla, ongünlük normanın 39 faizini təşkil edir (2011-ci ildə 510 m3/s olmaqla 86 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 155 m3/san olmaqla, ongünlük normanın 92 faizini təşkil edir (2011-ci ildə 169 m3/s olmaqla 100 faiz təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 358 sm (2011-ci il iyunun 11-də 693 sm), Şirvanda 223 sm (2011-ci il iyunun 11-də 606 sm), Salyanda 188 sm (2011-ci il iyunun 11-də 565 sm), Bankədə 229 sm (2011-ci il iyunun 11-də 355 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 sm (2011-ci il iyunun 11-də 423 sm) təşkil edir.