Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 İyun 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 07 iyun 2012-ci il tarixdə Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 60-180, Kiçik Qafqazın çaylarında 60-90, Lənkəran-Astara bölgəsi çaylarında 45-75, Naxçıvan MR çaylarında isə 15-20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 273 m3/san olmaqla, ongünlük normanın 46 faizini təşkil edir (2011-ci ildə 585 m3/san olmaqla 98 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 173 m3/san olmaqla, ongünlük normanın 88 faizini təşkil edir (2011-ci ildə 221 m3/san olmaqla 113 faizini təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 367 sm (2011-ci il iyunun 07-də 611 sm), Şirvanda 229 sm (2011-ci il iyunun 07-də 517 sm), Salyanda 184 sm (2011-ci il iyunun 07-də 506 sm), Bankədə 219 sm (2011-ci il iyunun 07-də 323 sm), Araz çayının Novruzlu məntəqəsində isə 83 sm (2011-ci il iyunun 07-də 365 sm) təşkil edir.