“Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir
05 İyun 2012, 00:00
05 iyun 2012-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orhus İctimai Ekoloji İnformasiya Mərkəzində “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda tələbə və müəllimlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verilmiş, o cümlədən ekoloji problemlərin həllində ictimaiyyətin, gənclərin rolunun vacibliyi vurğulanmışdır.
Dəyirmi masada iştirak edən Bakı Dövlət, Texniki, Memarlıq və İnşaat, Odlar Yurdu Universitetlərinin və Dövlət Neft Akademiyasının müəllim və tələbələri öz çıxışlarında son dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi ixtisaslarına gənclərin daha çox maraq göstərdiklərini qeyd etmiş, mövcud ekoloji problemlərin həllində əhalinin ekoloji təfəkkürünün artırılmasının vacibliyi vurğulanmışdır.
Sonda tələbələri maraqlandıran suallar Nazirliyinin mütəxəssisləri tərəfindən cavablandırılmışdır.
Xatırladaq ki, 05 iyun “Ümumdünya ətraf mühit günü” müxtəlif ekoloji, kütləvi, maarifləndirici tədbirlər həyata keçirilməklə qeyd olunur.