Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 İyun 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 05 iyun 2012-ci il tarixdə Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 65-105, Kiçik Qafqazın çaylarında 65-95, Lənkəran-Astara bölgəsi çaylarında 50-80, Naxçıvan MR çaylarında isə 15-20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 300 m3/san olmaqla, ongünlük normanın 50 faizini təşkil edir (2011-ci ildə 625 m3/san olmaqla 104 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 190 m3/san olmaqla, ongünlük normanın 97 faizini təşkil edir (2011-ci ildə 216 m3/san olmaqla 110 faizini təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370 sm (2011-ci il iyunun 05-də 596 sm), Şirvanda 232 sm (2011-ci il iyunun 05-də 518 sm), Salyanda 185 sm (2011-ci il iyunun 05-də 515 sm), Bankədə 217 sm (2011-ci il iyunun 05-də 329 sm), Araz çayının Novruzlu məntəqəsində isə 86 sm (2011-ci il iyunun 05-də 333 sm) təşkil edir.