Xəbərlər

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə ilə müsahibə

04 İyun 2012, 00:00

Sual: Builki ov mövsümü nə zaman açılacaq?

Cavab:
Azərbaycan Respublikası ərazisində 2012-2013-cü illər üçün ov mövsümü 02 iyun 2012-ci il tarixindən etibarən açıq elan edilmişdir.

Sual: Builki ov mövsümündə Respublika ərazisində vəhşi heyvanların ovlanmasına hansı müddətlərdə və hansı normalar daxilində icazə verilir?

Cavab: Respublika ərazisində 2012-2013-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları aşağıdakı kimi müəyyən edilmişdir;

”¢ Təkə 02 iyun - 20 oktyabr 2012-ci il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
”¢ Qaban (çöl donuzu) 15 sentyabr - 22 dekabr 2012-ci il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
”¢ Dovşan 10 noyabr 2012-ci il - 12 yanvar 2013-cü il tarixlərində; 2 baş-adambaşına
”¢ Bataqlıq qunduzunun (nutriya) 13 oktyabr 2012-ci il-23 fevral 2013-cü il tarixlərində nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir.
”¢ Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.

Sual: Ovçular hansı ərazilərdə ov edə bilərlər?

Cavab:
Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:
”¢ Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;
”¢ Təkə - Zaqatala, Şəki, Qax, Quba ;
”¢ Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı.

Sual: Ov etmək üçün icazə hansı təşkilatlardan alınmalıdır və onların dəyəri nə qədərdir?
Cavab:
Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır.
Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilmişdir:

”¢ Dovşan 2 manat 20 qəpik;
”¢ Çaqqal 3 manat 96 qəpik;
”¢ Yenot və qunduz 1 manat 65 qəpik;
”¢ Təkə 24 manat 75 qəpik;
”¢ Qaban (çöl donuzu) 16 manat 50 qəpik.

Sual: Hansı ərazilərdə ov edilməsi qadağandır?

Cavab: Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilmişdir.