Xəbərlər

E L A N

02 İyun 2012, 00:00

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti bildirir ki, Azərbaycan Respublikası ərazisində 2012-2013-cü illərin ov mövsümü 2012-ci il 02 iyun tarixindən etibarən açıq elan edilmişdir.
Azərbaycan Respublikası ərazisində 2012-2013-cü illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların ovlanmasının müddətləri və normaları, ov biletlərinin bölgü cədvəlləri hazırlanmışdır.
Respublika ərazisində 2012-2013-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilmişdir:

Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.