05 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar iməcilik keçirilib
02 İyun 2012, 00:00
02 iyun 2012-ci il tarixində 5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bayıl yamacında iməcilik keçirilmişdir.
İməcilikdə Nazirliyin 400-ə yaxın əməkdaşının iştirakı ilə 10 hektar ərazidə abadlıq işləri aparılmış və ağaclara qulluq edilmişdir.
Qeyd edək ki, 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində respublikanın rayonlarında da iməciliklər təşkil olunmuş, o cümlədən bir sıra yerlərdə təmizlik abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.
Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini də cəlb etməkdir.