Xəbərlər

İyun ayına olan hava proqnozu

30 May 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının bir çox rayonlarda iqlim normasından az və normaya yaxın, əsasən Naxçıvan MR-ın bəzi rayonlarında isə iqlim normasından bir qədər çox olacağı ehtimal olunur.
İyun ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam respublikanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Birinci ongünlüyün birinci yarısında temperatur iqlim norması daxilində tərəddüd edəcək, ongünlüyün ikinci yarısında isə tədricən 3-4 dərəcə yüksələcək.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 17-22, gündüzlər 25-30 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 32-35 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın (norma 4-12 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 14-19, gündüzlər 26-31 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 33-36 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında


Orta aylıq temperaturun 14-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 8-13, gündüzlər 18-23 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 26 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 14-18, gündüzlər 25-30 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 33 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm), bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında


Orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 12-17, gündüzlər 20-25 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 28-33 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-179 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında


Orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 17-22, gündüzlər 28-33 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 34-36 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-50 mm), bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında

Orta aylıq temperaturun 17-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-19, gündüzlər 25-30 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 31-33 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.