Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 May 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 29 may 2012-ci il tarixdə Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 80-170, Kiçik Qafqazın çaylarında 80-100, Lənkəran-Astara bölgəsi çaylarında 110-140, Naxçıvan MR çaylarında isə 10-15 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 390 m3/san olmaqla, ongünlük normanın 56 faizini təşkil edir (2011-ci ildə 757 m3/san olmaqla 109 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 230 m3/san olmaqla, ongünlük normanın 156 faizini təşkil edir (2011-ci ildə 282 m3/san olmaqla 142 faizini təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 397 sm (2011-ci il mayın 29-da 712 sm), Şirvanda 271 sm (2011-ci il mayın 29-da 633 sm), Salyanda 218 sm (2011-ci il mayın 29-da 580 sm), Bankədə 224 sm (2011-ci il mayın 29-da 385 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2011-ci il mayın 29-da 440 sm) təşkil edir.