23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 2012, 00:00
Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, geologiya, hidrometeorologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə hər il 23 may tarixi Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad etmişlər.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nazir Hüseyn Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirmiş və Nazirliyin fəaliyyət göstərdiyi 11 il ərzində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivini peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ətraf mühitin mühafizəsi sahəsində Milli Proqram və Sərəncamların icrası istiqamətində Nazirlik tərəfindən görülən işləri, eləcə də ekoloji problemlərin həlli sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
YAP rəsmisi, həmçinin 2012-ci ilin yanvar ayında ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən hazırlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində (Environmental Performance İndex) Azərbaycanın yüksək yerdə qərarlaşmasını da görülən işlərin nəticəsi kimi dəyərləndirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2012-ci il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamlarına müvafiq olaraq Nazirliyin bir qrup əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi” medalları və “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunmuşlar. Həmçinin, ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə Nazirliyin bir sıra əməkdaşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Fəxri Fərman”ları ilə təltif edilmişlər.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunmuşdur.
Nazirliyin kollektivi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha da uğurla davam etdirərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, Respublika əhalisinin sağlam ətraf mühitdə yaşamasının təmin edilməsində bütün imkanlarını səfərbər edəcəkdir.