Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib
16 May 2012, 00:00
08 may 2012-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Qoruq ərazisində mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilib.
Reyd zamanı Qoruğun Gərəkli sahəsinin 5 saylı dolayının 87-ci kvartalında Balakən rayonu Gərəkli kənd sakini Cavid Dibirov tərəfindən kol-kosdan təmizlənmiş 0,1 hektar sahədə qanunsuz olaraq tərkibində narkotik xassəli maddələr olan 256 ədəd çətənə (kannabaşı) bitkisinin əkilib-becərilməsi faktı aşkar olunub.
Faktla bağlı dərhal Balakən rayon Polis Şöbəsinə məlumat verilib, həmçinin ərazidəki 256 ədəd çətənə bitkisi polis əməkdaşlarının iştirakı ilə Qoruq ərazisindən çıxarılaraq məhv edilib.
Hadisə yerində saxlanılmış təqsirkar şəxs C.Dibirov rayon Polis Şöbəsinə təhvil verilib.